Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Azərbaycanlı turistlər üçün “Meksika yeganə dünyadır” adlı təqdimat keçirilib

Azərbaycanlı turistlər üçün “Meksika yeganə dünyadır” adlı təqdimat keçirilib
Sakura

Azərbaycanlı turistlər üçün “Meksika yeganə dünyadır” adlı təqdimat keçirilib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycanın 50-dən çox turizm agentlikləri və operatorları üçün iki ölkə arasında turizmi təşviq etməyə yönələn “Meksika yeganə dünyadır” başlıqlı təqdimat keçirib.

Report” xəbər verir ki, təqdimatın gedişatında səfir Labardini mədəniyyətinin zənginliyi, coğrafi yerləşməsi və heyrətamiz mənzərələrinin sayəsində Meskikanın turizmi reallaşdırmaq üçün dünyada ən cazibədar ölkələrdən biri olduğunu qeyd edib.

Vurğulayıb ki, Meksika yalnız il boyu yaxşı iqlim təklif etməkdən əlavə Rivera MayaSakit okean və Meksika körfəzində olan sahillərində, kaloniya şəhərlərində və Mexiko şəhəri, AkapulkoQuadalaxara və Kankunda aktiv gecə həyatı kimi yerlərdə çox müxtəlif fəaliyyətlər təqdim edir. Belə ki, diplomat mətbəxi, ekoturizmi, macəra, ekstrim turizmi, incəsənət, günəş və çimərlikləri və daha nələr kimi böyük seçimlərlə Meksikanın ailəvi istirahət fəaliyyətləri, işguzar turizm, romantik turizm, arxeologiya turizmi və, ekoloji və mədəni turizmi təklif etdiyini bildirib.

Əlavə olaraq, 10 hissədən ibarət olub 32 ştatı əhatə edən, müxtəlif maraq mərkəzlərindən keçən Meksikanın turistik yolları haqqında; “Pueblos Maxikos” proqramı və Meksikaya daxil olmağa imkan verən viza şərtləri haqqında məlumat verdi. Səfir “Turizmin artması hər iki xalqın yaxınlaşması üçün fundamental faktordur və meksikalılarla azərbaycanlıların bir-birilərini tanımağa və adət-ənənə və mədəniyyətlərini paylaşmağa imkan verəcək” ifadəsini işlədib.

Sonda qeyd etmək lazımdır ki, Dünya Turizm Təşkilatına görə 2017-ci ildə toplam 39.3 milyon beynəlxalq turist sayı ilə Meksika dünyada ən çox ziyarət edilən ölkələr arasında altıncı yeri tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR