Slimfit
  1. SİYASƏT

Azərbaycanlı səfirə yeni vəzifə verildi

Azərbaycanlı səfirə yeni vəzifə verildi
Sakura

Azərbaycanlı səfirə yeni vəzifə verildi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti İsveçin Avstriyadakı səfiri Mikael Kumlin Qraniti sədr seçib.

Qafqazinfo”nun “Kommersant” nəşrinə istinadən verdiyi xəbərə görə, o, 23 sentyabrdan etibarən bir il ərzində bu vəzifəni icra edəcək. Onun təyinatına qədər bu postda İordaniya səfiri Lina əl-Hədid olub. 

Qeyd olunur ki, Mikaela Qranit peşəkar diplomatdır, İsveçin təkcə MAQATE-də deyil, BMT-də, eləcə də Vyanadakı digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsidir. Xanım Qranit, həmçinin İsveçi Avstriya, Slovakiya və Sloveniyada təmsil edir.

İdarə Heyətinin sədr müavinləri isə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Misirin Avstriyadakı səfiri Ömər Amer Yusif olub. 

Bundan əlavə, iclasda 35 üzvdən ibarət olan 11 yeni dövlət-şura üzvü təsdiq edilib. Bura Estoniya, Qana, Yunanıstan, Macarıstan, Küveyt, Monqolustan, Nigeriya, Norveç, Panama, Paraqvay və Səudiyyə Ərəbistanı daxildir.

Bildirilir ki, MAQATE yaxın vaxtlarda yeni baş direktoru seçəcək. O, 2020-ci il 1 yanvardan gec olmadan vəzifəyə başlamalıdır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR