Dərc edildi: Baxış sayı: 819
Azərbaycanlı Rusiyanın ən yaxşı hüquqşünasları reytinqinə daxil olub
Azərbaycanlı hüquqşünas, Moskvanın "Stream" hüquq firmasının idarəedici tərəfdaşı Fərid Babayev Rusiyanın ən yaxşı hüquqşünasları reytinqinə daxil olub.
"Report" xəbər verir ki, "Kommersant" nüfuzlu nəşriyyat evinin tərtib etdiyi TOP-10-da Fərid Babayev birinci yerə layiq görülüb.
F.Babayev Rusiya hüququ sahəsində tanınmış ekspertdir, Rusiyanın, digər ölkələrin şirkətlərinə xammal və energetika sahəsində layihələr üzrə hüquqi dəstək göstərir.
Onun rəhbərlik etdiyi "Stream" şirkəti bir sıra rus və beynəlxalq hüquqi reytinqlərdə qeyd olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət