Dərc edildi: Baxış sayı: 989
Azərbaycanlı qız Koreyada 1-ci yeri tutdu
Cənubi Koreyada keçirilən 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin (WMI - World Mathematics Invitational) qalibləri müəyyən olub.
Axar.az xəbər verir ki, İnçeon şəhərində baş tutan müsabiqədə Güney Azərbaycanın Urmiya şəhərindən olan Zəhra Zaviyə müsabiqədə birinci yeri tutaraq qızıl medala layiq görülüb:
“Urmiya şəhərindən olan Zəhra Zaviyə İran şagirdləri komandasının üzvü kimi elmi rəqabətdə qızıl medala layiq görüldü. O, Urmiyanın “Fərzanəqan” orta məktəbinin şagirdidir”, - deyə Urmiyanın 1-ci Məntəqə Təhsil Şöbəsinin rəisi Qəhrəman Əşrəf Nəcəfabad qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət