Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlı musiqiçi Fransada klipə çəkilib

Azərbaycanlı musiqiçi Fransada klipə çəkilib
Sakura

Azərbaycanlı musiqiçi Fransada klipə çəkilib

Azərbaycanlı musiqiçi Səddam Novruzbəyov Parisdə klipə çəkilib. "Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Səddam Novruzbəyov "Clara Ysé" qrupunun bu yaxınlarda işıq üzü görmüş klipində klarnetdə ifa edib. Klipdə azərbaycanlı musiqiçi fransalı həmkarlarını Azərbaycan musiqisinə məxsus milli çalarlarla müşayiət edib.

Bundan əlavə azərbaycanlı musiqiçi "Clara Ysé" qrupunun bu yaxınlarda işıq üzü görmüş CD albomunda yer alan 5 mahnısının 2-də balaban, 2-də klarnet və birində tütək ifa edir.

Xatırladaq ki, Səddam Fransanın Normandiya, Paris, Lion və digər şəhər və regionlarında keçirilən konsertlərdə özünün bacarıqlı ifası ilə Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR