Slimfit
  1. PSİXOLOGİYA

Azərbaycanlı kişilər xanımlarına nəyi qadağan edir?

Azərbaycanlı kişilər xanımlarına nəyi qadağan edir?
Sakura

Azərbaycanlı kişilər xanımlarına nəyi qadağan edir?

Azərbaycanda ailə münasibətlərində davranışa nəzarətlə bağlı sorğu keçirilib. 

Oxu.Az-ın məlumatına görə, BMT-nin Əhali Fondunun (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”ında qeyd edilib ki, sorğu zamanı kişilər tərəfindən partnyorlarının davranışına nəzarətetmə zorakılıqla əlaqələndirilən risk amili kimi təqdim olunur.

Bu respondentlərdən təşkil olunmuş sorğuda qadın həyat yoldaşı üzərində nəzarət adi bir hal hesab olunub. Kişilərin çoxu (91,4%-i) onların harada olduqlarını hər zaman bilmək istəyini ifadə edibsə, 79,1%-i öz partnyorlarına müəyyən paltarlar geyinməyə, ümumiyyətlə, icazə vermədiyini bildirib. 

Eyni zamanda, kişilərin çoxu qadınlarla müqayisədə, ər-arvad cütlüyünə təsir edən qərarlarla bağlı söz sahibi olduqlarını və ya bu qərarlara, habelə cinsi əlaqələrin nə vaxt baş verməsinə və partnyorlarının vaxt keçirdiyi insanlara daha çox nəzarət etdiklərini qeyd edib. 

Kişilərin praktiki olaraq hamısı (99,8%-i) sorğuda davranışa nəzarətlə bağlı əks olunmuş yeddi məsələdən ən azı biri ilə yaxından məşğul olduqlarını bildirib.

İlhamə Əbülfət

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR