Slimfit
  1. İDMAN

Azərbaycanlı idmançıdan İsraildə rekord

Azərbaycanlı idmançıdan İsraildə rekord
Sakura

Azərbaycanlı idmançıdan İsraildə rekord

İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyi davam edir. “Qafqazinfo” xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Yaşı 15-ə qədər olan atletlərdə 73 kq çəki dərəcəsində Nurlan Məmmədzadə qüvvəsini sınayıb. O, birdən qaldırma hərəkətində 115 kq nəticə ilə 5-ci yeri tutub.
Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. Nurlan 145 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi adını qazanıb. Yeniyetmə atletimiz bu çəkini qaldırmaqla eyni zamanda, öz yaş qrupunun bu çəkisində təkanla qaldırma hərəkətinin yeni Avropa rekordunu müəyyənləşdirib.

Nurlan Məmmədzadə toplam 260 kq (115+145) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR