Slimfit
  1. İDMAN

Azərbaycanlı güləşçilər yeddi medal qazandı

Azərbaycanlı güləşçilər yeddi medal qazandı
Sakura

Azərbaycanlı güləşçilər yeddi medal qazandı

Sərbəst güləş üzrə Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli komandaları Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnirin ikinci günündə yeddi medal qazanıblar. 

Oxu.Az xəbər verir ki, güləşçilərimiz günü bir qızıl, bir gümüş və beş bürünc medalla başa vurub. 

Sərbəst güləşçilərin yarışında 79 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ idmançısı Kyle Dake olub.

Həlledici görüşü uduzan İbrahim Yusubov turnirin gümüş medalına yiyələnib. Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79 kq) isə bürünc medal qazanıb. 

Qadın güləşçilərin yarışında isə Anjela Doroqan (53 kq) Türkiyə idmançısı ilə qarşılaşdığı final görüşünü qələbə ilə başa vurub və turnirin qızıl medalını qazanıb. Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medala sahib olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR