Slimfit
  1. MEDİA

Azərbaycanlı gənc yazar Əyyub Məmmədovun şeiri Türkiyədə dərc olunub

Azərbaycanlı gənc yazar Əyyub Məmmədovun şeiri Türkiyədə dərc olunub
Sakura

Azərbaycanlı gənc yazar Əyyub Məmmədovun şeiri Türkiyədə dərc olunub

ARB Cənub televiziyasının Xəbər və Analitik İnformasiya Departamentinin əməkdaşı, jurnalist, şair Əyyub Məmmədovun “Məzarlar da danışır” adlı şeiri Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən məşhur “Kardelen”  dərgisinin 102-ci sayında çap olunub. Adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində türk xalqlarının qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Kardelen” dərgisi “Fikrin dəyərini bilənlərə...” devizi ilə üç aydan bir nəşr olunur.

 Jurnalist, şair Əyyub Məmmədovun adı çəkilən dərgidə çap olunan şeirini oxucularımıza təqdim edirik.

 

Məzarlar da danışır

Məzarlar da zamanla, 

Dostlaşıb, tanış olur.

Bəzi daşlar orda da, 

Fəhləyə məmur olur.

 

Məzar var ki, başında 

Bir abidə ucalır.

Məzar var ki, başında,

Adi bir daş dayanır.

 

Məzar var, il boyu 

Həmişə yada düşür. 

Məzar var, tarix boyu, 

Heç ora yolun düşmür.

 

Məzar var, yanı hasar

Bir qoruğa bənzəyir

Məzar var, kol-kos basır,

Kim olduğu bilinmir.

 

Adama elə gəlir, 

O daşlar da danışır 

Ona yaxın məzarla, 

Öz dərdini paylaşır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR