Slimfit
  1. MEDİA

Azərbaycanlı gənc yazar Əyyub Məmmədovun şeiri İranda dərc olunub

Azərbaycanlı gənc yazar Əyyub Məmmədovun şeiri İranda dərc olunub
Sakura

Azərbaycanlı gənc yazar Əyyub Məmmədovun şeiri İranda dərc olunub

Jurnalist, şair Əyyub Məmmədovun  milliyətcə Azərbaycan türkü olan, görkəmli şair Məhəmmədhüseyn Şəhriyara həsr etdiyi “Şəhriyar” adlı şeiri fars dilinə tərcümə edilərək İran İslam Respublikasının paytaxtı Tehran  şəhərində fəaliyyət göstərən məşhur “Xudafərin”  dərgisinin 183-cü sayında çap olunub. Adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində fars şair və yazıçılarla yanaşı, türk yazarların da qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Xudafərin” dərgisi həm türk, həm də fars diində nəşr olunur.

       Jurnalist, şair Əyyub Məmmədovun adı çəkilən dərgidə çap olunan şeirini oxucularımıza təqdim edirik.

 

“Şəhriyar”

 

Bir dahi uyuyur qonşu torpaqda 

Adı Şəhriyardı, özü dəryadır. 

Sözü, kəlməsi dürri-yektadır 

Amalı türk olan bir bəxtiyardır.

 

Bir görmək istədi, öz millətini 

Çəkdi daxilində acı zilləti. 

Qəlbi bu eşqlə hey çırpınırdı, 

Gözündə qor kimi şimşək çaxırdı.

 

Yanıb odlanırdı, sözdə, sətirdə 

Bir xalq, dövlət, torpaq üstündə 

Vahid birliklə, ulu vəhdətlə,

Şamtək əriyirdi şeir, qəzəldə.

 

Azadlıq məlhəmin çəkib yaraya 

Vətən nisgilinə dərman edirdi 

O taylı-bu taylı doğma elinə, 

Ürəyi qubarlı salam deyirdi. 

 

Heydərbaba onsuz qalıb gileyli 

Öz elində olub indi yadelli 

Sarıbaba düşüb xeyli aralı, 

Səsi gəlmir qəlbi olub yaralı.

 

Neçə əsər yazılıbdır şəninə 

Mahnı qoşub, söz deyiblər şeirinə 

Adı düşmür cavan, qoca dilindən,

Öyrənirlər daim onu dərindən.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR