Dərc edildi: Baxış sayı: 598
Azərbaycanlı futbol hakimləri koronavirus testindən keçəcək
Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi verəcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki, onlar AFFA-nın təşkilatçılığı ilə bu həftə testdən keçəcəklər.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət