Azərbaycanlı alim Rusiyada keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutunda keçirilən "Yeni və qeyri-ənənəvi bitkilər və onların istifadəsi perspektivləri" mövzusunda XIII beynəlxalq simpoziumda iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim simpoziumun plenar iclasında “Abşeron yarımadasında bioloji rekultivasiya məqsədilə bəzi subtropik bitkilərin torpaqların neftlə çirklənməsinə dayanıqlığının müəyyənləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
İyunun 20-dək davam edəcək beynəlxalq tədbirdə Qazaxıstan, Belarus, Türkiyə və digər ölkələrin tanınmış alimləri iştirak edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət