Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 21% artıb

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 21% artıb
Sakura

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 21% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 2 393 452,16 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabata əsasən, bu müddətdə həmin ölkələrə ixrac 13% artaraq 682 850,51 min dollar, Azərbaycanın MDB-dən idxalı isə 24% artaraq 1 710601,65 min dollara çatıb. Beləliklə, Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 33% artaraq 1 027 751,14 min dollar təşkil edib.

Qeyd edək ki, ölkə üzrə cəmi ixracın 5,30%-i, idxalın isə 24,92%-i məhz MDB ölkələri ilə həyata keçirilən əməliyyatların payına düşüb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR