Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanla İran arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi 42% artıb

Azərbaycanla İran arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi 42% artıb
Sakura

Azərbaycanla İran arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi 42% artıb

İran ay təqvimi üzrə martın 21-də başlayan yeni ilin il 4 ayında (iyulun 21-nə qədər) Azərbaycana 111,83 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. 

"Report" "Financial Tribune" nəşrinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,4% çoxdur. 

4 ay ərzində Azərbaycan qonşu ölkədən 184,082 ton qeyri-neft məhsulu alıb. Bu. əsasən polipropilen, boru və kartofdur. 

Əvəzində 21 mart - 21 iyul tarixlərində islam respublikasına Azərbaycandan 4,616 mln. dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib ki, bu da illik müqayisədə 28,6% çoxdur. Söhbət 14 572 ton məhsuldan gedir ki, bu da əsasən quşlar üçün yem, metal qırıntıları və sodadır.

Beləliklə, hesabat dövründə iki ölkə arasında qeyri-neft məhsullarının ticarət dövriyyəsi 116,44 mln. dollar təşkil edib, bu da 1 il əvvələ nisbətən 42,3% artım deməkdir. 

Müvafiq məhsulların ticarətinə görə, Azərbaycan İranın 16-cı ən iri ticarət tərəfdaşı olub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR