Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın xarici və daxili borcalmaları ilə bağlı qaydalar dəyişir

Azərbaycanın xarici  və daxili borcalmaları ilə bağlı qaydalar dəyişir
Sakura

Azərbaycanın xarici və daxili borcalmaları ilə bağlı qayda dəyişdirilir

Azərbaycanın xarici  və daxili borcalmaları ilə bağlı qayda dəyişdirilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə görə, qanunun 9-cu maddəsinin (Daxili dövlət borcalmaları) 9.1.3-cü bəndi  və 10-cu maddəsinin (Xarici dövlət borcalmaları) 10.1.3-cü bəndləri ləğv edilir.

“Dövlət borcu haqqında” qanunun 9-cu maddəsinin (Daxili dövlət borcalmaları) 9.1.3-cü bəndində göstərilib ki, Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alına bilər.

Sənədin 10-cu maddəsinin (Xarici dövlət borcalmaları) 10.1.3-cü bəndində isə qeyd edilib ki, Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alına bilər.

Dəyişiklikdən sonra isə Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti daxili və xarici borc alına bilməyəcək.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin noyabrın 27-i və 30-da keçiriləcək iclaslarında müzakirə ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR