Dərc edildi: Baxış sayı: 336
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb
Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 19,743 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,65% çoxdur.
8 aylıq ticarət dövriyyəsinin 12,88 mlrd. dolları ixracın, 6,863 mlrd. dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 78,3%, idxal isə 29,5% artıb.
Beləliklə, xarici ticarətdə 6,016 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 3,1 dəfə çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət