Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın xarici ölkələrlə ekstradisiya sahəsində qarşılıqlı əlaqələri genişləndirilir

Azərbaycanın xarici ölkələrlə ekstradisiya sahəsində qarşılıqlı əlaqələri genişləndirilir
Sakura

Azərbaycanın xarici ölkələrlə ekstradisiya sahəsində qarşılıqlı əlaqələri genişləndirilir

Azərbaycanın xarici ölkələrlə ekstradisiya sahəsində qarşılıqlı əlaqələri genişləndirilir.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bununla bağlı "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" qanuna dəyişiklik təklif edilir.

Layihə Azərbaycanın və xarici ölkələrin müvafiq orqanları arasında hüquqi yardım və ekstradisiya sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə hazırlanıb.

“Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol (Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə) 2022-ci il 11 oktyabr tarixli 599-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.

Dördüncü Əlavə Protokolda Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilmiş, 15-ci (üçüncü dövlətə verilmə) maddəyə yeni bənd əlavə edilib, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulub.

Bundan başqa, Dördüncü Əlavə Protokolla təsdiq edilmiş bəyanata əsasən ekstradisiya məsələləri ilə bağlı səlahiyyətli orqanın funksiyalarının yenidən tənzimlənməsi məqsədilə Konvensiyanın 12-ci maddəsinin 1-ci bəndində göstərilən səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanı müəyyən edilib.

Bundan başqa, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində müəyyən edilmiş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirir. Dəyişikliyə görə həmin səlahiyyətlərin Azərbaycan Respublikasının səlahiyyətli orqanına və müvafiq icra hakimiyyəti orqanına verilməsi təklif olunur.

Qeyd edək ki, hazırda dəyişiklik edilməsi təklif olunan 4.2-ci, 5.1-ci, 5.3-cü, 6.2-ci, 6.3-cü, 8.3-cü, 10.2-ci, 13.1-ci, 13.2-ci, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.2-ci, 16.4-cü, 16.5.1-ci, 18.1-ci və 18.2-ci maddələrin redaksiyasında “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 499 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məxsusdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR