Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın Türk dünyasında yeri və rolu daim yüksək qiymətləndirilir - Səttar Möhbalıyev

Azərbaycanın Türk dünyasında yeri və rolu daim yüksək qiymətləndirilir - Səttar Möhbalıyev
Sakura

Azərbaycanın Türk dünyasında yeri və rolu daim yüksək qiymətləndirilir - Səttar Möhbalıyev

Ulu Öndər Heydər Əliyev dövlətimizin xarici siyasi strategiyasını formalaşdırarkən Türk dövlətləri ilə əlaqələri prioritet hesab edib və qardaş ölkələrin biri-birinə yaxınlaşmasına mühüm töhfələr verib. Onun “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həm də digər Türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynayıb. Demək olar ki, Ümummilli Liderimizin bu sözləri bütün Türk dünyasının dilinin əzbəridir. Azərbaycan Türk Dövlətləri Təşkilatını yaradan ölkələrdən biri kimi daim bu birliyinin güclənməsinə çalışıb. Artıq əminliklə deyə bilərik ki, təşkilat beynəlxalq siyasətin tamhüquqlu mühüm tərəfinə və regional güc mərkəzinə çevrilib, dünyada sülh və sabitliyə böyük dəstək verir.

Ens.az-ın məlumatına əsasən,bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, mühüm coğrafi məkanda yerləşən qardaş Türk ölkələrinin iqtisadi imkanları çox genişdir, zəngin enerji resurslarına sahibdirlər: “Eləcə də vacib nəqliyyat yollarına malikdirlər. Bu, onu göstərir ki, Türk dövlətlərinin birliyi həm də dünya iqtisadiyyatı üçün xeyli önəmlidir. Odur ki, bu üstünlükləri dəyərləndirərək səyləri birləşdirmək, həmrəyliyi möhkəmləndirmək qardaş ölkələrin ancaq güclənməsinə səbəb olub. Türk Dövlətləri Təşkilatının xüsusən son illərdəki fəaliyyəti bunun üzv dövlətlər üçün ən səmərəli platforma olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, yaxın coğrafiyalarda baş verən gözlənilməz hadisələrin, yaşanan gərginliklərin fonunda ortaya çıxan böhranlardan yalnız birlikdə xilas olmaq mümkündür”.

“Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşünü ölkələrimiz arasında əməkdaşlığın güclənməsi, təşkilatın möhkəmlənməsi baxımından faydalı hesab edirəm. Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısı cənab İlham Əliyevi və xalqımızı ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etdi. Qələbəni ədalətin zəfər, Qarabağı isə Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirdi. Bu, sarsılmaz qardaş dəstəyinin təzahürü, həmrəyliyin göstəricisidir. Həmçinin gördük ki, dost və qardaş Özbəkistanın Prezidenti cənab Şavkat Mirziyoyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan bəhs etdi, Türk dünyasında yerini və rolunu vurğuladı. Həqiqətən də, Azərbaycan bütün sahələrdə davamlı və dayanıqlı inkişaf yolu tutaraq əhəmiyyətli ölkələr sırasındadır və sahib olduğu potensialdan dövlətimizin və xalqımızın mənafeyi naminə səmərəli şəkildə istifadə edir. Həm də region ölkələrinin iqtisadi inkişafında mühüm rola malikdir, bu istiqamətdə bir sıra vacib layihələr reallaşdırıb, təşəbbüslərlə çıxış edib”, - Milli Məclisin deputatı bildirib.

 

AHİK sədri həmçinin Türk dövlətlərinin həmkarlar ittifaqları arasında yaranan birliyə toxunub və bunun əhəmiyyətindən söz açıb: “Biz bu ilin iyul ayında Şuşa şəhərində görüşdük. Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında razılığa gəldik və bu barədə müqavilə imzaladıq. Sentyabrın 22-də isə Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı təsis edildi. İnanıram ki, Türk Dövlətləri Təşkilatı kimi, Türk Dövlətlər Həmkarlar İttifaqları Təşkilatının da fəaliyyəti faydalı olacaq, dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, bütün sahələrdə əlaqələri genişləndirəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR