Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub

Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub
Sakura

Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub

Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov özəl olaraq Trend-ə bildirib ki, oktyabr ayında Quba rayonu, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsində aparılmış müşahidələrə əsasən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub, yol boyu uçqun-töküntü və oturma prosesləri müşahidə edilib. Yolun hərəkət hissəsində yeni çatlar əmələ gəlib:

"Bundan başqa, Xızı rayonu, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-də sürüşmə sahəsində aktivlik qeydə alınıb, yolu boyu bir neçə yerdə yeni uçqun hadisəsi baş verib, yolun 11-15-ci km-dəki sürüşmə sahəsinin dinamikasında da nisbi aktivlik qeydə alınıb, yolun yamac hissəsində uçqun-töküntü prosesləri müşahidə olunub".

Onun sözlərinə görə, Şamaxı rayonu, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə zonasında ay ərzində aparılmış müşahidələrə əsasən avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud olan sürüşmə sahəsi üzərindəki çatların ölçülərində artım qeydə alınıb:

 

"Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsində isə sürüşmə prosesi aktivləşib, lokal sahələrdə uçqun prosesləri və bir neçə yerdə yeni lokal sahələrdə sürüşmə prosesi müşahidə olunub. Həmçinin atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kənd ərazisində) eni 120-140 m, uzunluğu 280-300 m olan sürüşmə sahəsi əmələ gəlib. Sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb, sürüşmənin dil hissəsində yeraltı suların pazlaşaraq yer səthinə çıxması müşahidə olunub".

Ə.Qaralov əlavə edib ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-29-cu km-də sürüşmə sahəsinin dinamikasında da aktivlik müşahidə olunub, yol boyu yamac hissədə yeni uçqun hadisələri baş verib:

"Lənkəran-Lerik yolunun 45-47-ci km-dəki sürüşmə sahəsində yol boyu uçqun prosesləri və yolun hər iki hissəsində çökmə-oturma prosesləri qeydə alınıb. Lənkəran rayonu, Lənkəran-Lerik yolunun 17-19 km-dəki sürüşmə sahəsində isə müşahidələr zamanı yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və avtomobil yolunun hərəkət hissəsində oturma prosesləri müşahidə olunub. Həmçinin, Masallı rayonu, Masallı-Yardımlı yolunun 13-15 km və digər sahələrində aparılmış müşahidələr nəticəsində yolun sağ yamac hissəsində lokal sahədə sürüşmə, sol tərəfində isə çay dərəsi istiqamətində uçqun prosesi qeydə alınıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR