Slimfit
  1. İDMAN

Azərbaycanın tanınmış sərbəst güləşçisi karyerasını başa vurmaq istəyir

Azərbaycanın tanınmış sərbəst güləşçisi karyerasını başa vurmaq istəyir
Sakura

Azərbaycanın tanınmış sərbəst güləşçisi karyerasını başa vurmaq istəyir

Azərbaycanın tanınmış sərbəst güləşçisi Cəbrayıl Həsənov karyerasını başa vurmaq istəyir.

Bu barədə "Report"a 30 yaşlı idmançının özü məlumat verib. Üçqat Avropa çempionu bunadək Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istədiyini də bildirib: "Qismət olsa, olimpiadada çıxış etmək niyyətindəyəm. Bu il bəlkə də karyeramın sonudur. İlin yekununa kimi karyeramı bitirmək istəyirəm. Fikrim budur".

Qeyd edək ki, Cəbrayıl Həsənov 2010-cu ildə Bakıda, 2011-ci ildə Almaniyanın Dortmund şəhərində, 2019-cu ildə isə Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanıb. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR