Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyi həmin ölkədəki vətəndaşlara müraciət edib

Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyi həmin ölkədəki vətəndaşlara müraciət edib
Sakura

Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyi həmin ölkədəki vətəndaşlara müraciət edib

"Səudiyyə Ərəbistanı Krallığında müvəqqəti və daimi əsasda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının ölkəmizə təxliyə olunması ilə əlaqədar 10 iyul 2020-ci il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Ər-Riyad-Bakı istiqaməti üzrə birbaşa çarter reysinin təşkil olunması planlaşdırılır". 

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi məlumat yayıb.

Məlumatda çarter reysi ilə vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarından təcili səfirliklə əlaqə saxlamaları xahiş olunub.

Qeyd edilib ki, AZAL-ın qaydalarına uyğun olaraq, sözügedən çarter reysinə yalnız koronavirus (COVİD-19) testindən keçmiş və nəticəsi neqativ olan sərnişinlər buraxılacaq (koronavirus testinin keçirilməsini təsdiq edən arayış reysin uçuşundan ən geci 48 saat əvvəl alınmalıdır).

AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın əl çantasının və kişi portfelinin, yaxud 35x35x10 sm ölçüdən böyük olmayan portativ kompüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj, bölməsinə təhvil verilməlidir. “Duty Free” mağazalarından alınan əşyaların da təyyarənin əl yükü qismində daşınması qadağandır. 

Uçuşun şərtləri və digər təfərrüatları ilə bağlı məlumatın əldə edilməsi üçün səfirliyə müraciət etmək xahiş olunur. 

+966 11 419 2382 

[email protected]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR