Slimfit
  1. İDMAN

Azərbaycanın sərbəst güləşçisi olimpiya çempionu olub

Azərbaycanın sərbəst güləşçisi olimpiya çempionu olub
Sakura

Azərbaycanın sərbəst güləşçisi olimpiya çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

"Report" xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan Bayramov mübarizəyə A qrupunda start verib. Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. O, növbəti qarşılaşmada Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub.

Beləliklə, Bayramov olimpiadanın finalına vəsiqə qazanıb. Yeniyetmə pəhləvan finalda B qrupunun qalibi olan iranlı ilə qarşılaşıb. Dünya çempionatının yarımfinalında 8:2 hesabı ilə qalib gəldiyi güləşçini olimpiadanın həlledici görüşündə də yenən Bayramov olimpiya çempionu olub.

A qrupu

Turan Bayramov - Tahi Pehi Eynsli Uesterli (Yeni Zelandiya) - 10:0

Turan Bayramov - İnayət Ullah (Pakistan) - 8:0

FİNAL. Turan Bayramov - Məhəmməd Baqi Kərimiseyfabad (İran) - 6:1

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medal qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR