Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın oyun qaydaları ilə razılaşmışıq - Xankəndi separatçıları "başını itirib"

Azərbaycanın oyun qaydaları ilə razılaşmışıq - Xankəndi separatçıları "başını itirib"
Sakura

Azərbaycanın oyun qaydaları ilə razılaşmışıq - Xankəndi separatçıları "başını itirib"

Laçında Həkəri çayı üzərində sərhəd buraxılış məntəqəsindən Qarabağda yaşayan ermənilərin rahatca istifadə etməsi, artıq adi bir hal alıb. Azərbaycan ərazisində yaşayan ermənilər heç bir maneə ilə rastlaşmadan sərhəddə sənədlərini təqdim edərək Ermənistana gedə və geriyə qayıda bilirlər. Bu da Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası və Bakı tərəfindən onlara vəd edilən təhlükəsizliklərin təmini, etimad mühitinin yaranması baxımdan psixoloji baryerləri aradan qaldırılmasında mühüm rol oynayır. İstər Xankəndidəki separatçılar, istərsə də Ermənistandakı revanişstlər qəti şəkildə buna qarşı çıxsalar da, nəticə vermədi. Sərhəd buraxılış məntəqəsində Azərbaycanda yaşayan ermənilərin gediş-gəlişinin geriyədönməz və adi bir hal alması, Xankəndidə məskunlaşan separatçıların canına vəlvələ salıb. Bilirlər ki, artıq onların sonu gəlib. Xankəndidəki separatçı rejimin tör-töküntüləri də hətta bu yoldan istifadəni Azərbaycanın oyun qaydaları ilə razılaşması kimi qiymətləndirir.

"Ölkə.Az" xəbər verir ki, Xankəndidəki separatçıların tör-töküntülərindən olan və özünü "artsax parlamentinin deputatı" kimi qələmə verən Metakse Akopyanın sözlərinə görə, Həkəri körpüsündə Azərbaycan sərhəd keçid məntəqəsi vasitəsilə insanların hərəkətindən keçməklə bu körpünün fəaliyyətini qanuniləşdirmiş olurlar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR