Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın ilk qadın heykəltəraşı – 105 yaş

Azərbaycanın ilk qadın heykəltəraşı – 105 yaş
Sakura

Azərbaycanın ilk qadın heykəltəraşı – 105 yaş

O, 1912-ci il oktyabr ayının 14-də Dərbənd şəhərində anadan olub. Azərbaycanın məşhur balıq sənayeçisi, dövlət xadimi Həmdulla Abdullayevin qızıdır. Atası “xalq düşməni” adı ilə güllələndikdən sonra anası ilə birlikdə Qazaxıstana sürgün edilir. Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyarkən “Tutu xanım” və “Həsən bəy Zərdabi” kimi əsərlər yaradır. Daha sonra Bakıya qayıdıb Rəssamlıq Texnikumunda dərs deyir.

Kult.az xəbər verir ki, bu gün Azərbaycanın dəzgah heykəltəraşlığı sahəsi üzrə ilk ali təhsilli heykəltəraş qadını olan Həyat Abdullayevanın 105 yaşı tamam olur. Onun ilk əl işi “Gənc oğlan“ın portretidir. 1950-ci ildən heykəl portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin – “Ana” (1955), “Yeddi gözəl” (1957) heykəlcikləri, “Həcər” (1959), “Gənclik” (1960), “Lay-lay” (1963) heykəl-kompozisiyaların, Molla Pənah Vaqifin abidəsi (1957), “İki qız” (1967), “Vəcihə Səmədovanın portreti” (1970), “Sənsiz” (1972) , “Şah İsmayıl”, “Natəvan” və s. müəllifidir.

1950-ci ildə Nizami Gəncəvinin “7 gözəl“ əsərinin motivləri əsasında işlədiyi kompozisiya (farfor) tətbiqi sənət sahəsində ən baxımlı işlərdən biridir.

M.F.Axundov adına Milli Kitabxananın fasadında qoyulmuş Sovet ədəbiyyatının banisi Maksim Qorkinin heykəlini də o yaradıb.

Qeyd edək ki, görkəmli heykəltəraş Həyat Abdullayeva 1964-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2006-cı il aprel ayının 21-də Bakıda vəfat edib.

Mənbə: Axar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR