Slimfit
  1. İDMAN

Azərbaycanın gənc cüdoçuları dünya çempionatında mübarizəyə başlayırlar

Azərbaycanın gənc cüdoçuları dünya çempionatında mübarizəyə başlayırlar
Sakura

Azərbaycanın gənc cüdoçuları dünya çempionatında mübarizəyə başlayırlar

Bu gün Baham adalarının paytaxtı Nassauda cüdo üzrə gənclər arasında dünya çempionatı start götürəcək.

Report” xəbər verir ki, Azərbaycan milli komandası 4 gün davam edəcək mundialda 6 kişi və 3 qadın idmançı ilə təmsil olunacaq. İlk yarış günündə Ramilə Əliyeva və Şəfəq Həmidova (hər ikisi 44 kq) mübarizəyə başlayacaq. Onlar 1/8 finalda müvafiq olaraq, Amana Arraeş (Braziliya) ilə Mireya Rodrigeslə (İspaniya) qarşılaşacaqlar.

Yarışa eyni mərhələdən qoşulacaq Rövşən Əliyevlə Balabəy Ağayev (hər ikisi 55 kq) Emerson Silva (Braziliya) - Buxçulun Davaanyam (Monqolustan) və Livan Rodriges (Kolumbiya) - Çanad Feşko cütlərinin qalibləri ilə üz-üzə gələcəklər. Kəramət Hüseynov (60 kq) isə 1/16 final mərhələsində Hüqo Vero (Çili) ilə qüvvəsini sınayacaq.

Oktyabrın 18-də Azərbaycanın 2 cüdoçusu yarışacaq. Qadınların yarışında İçinxorlu Munxtsedev (57 kq) 1/16 finalda Anna Dabrovska (Polşa) ilə, Hasil Cəfərov isə eyni mərhələdə Jilberto Kardoso (Meksika) ilə qarşılaşacaq.

Oktyabrın 19-da tatamiyə çıxacaq Murad Fətiyev (81 kq) 1/16 finalda Fransua Qotye-Drapo (Kanada) ilə üz-üzə gələcək. Oktyabrın 20-də mübarizə aparacaq Adil Kərimli (100 kq) isə eyni mərhələdə İvo Vitasseklə (Almaniya) görüşəcək.

Dünya çempionatında 67 ölkədən ümumilikdə 426 idmançı - 240 kişi və 186 qadın cüdoçu çıxış edəcək.

Qeyd edək ki, böyüklər arasında XXXII dünya çempionatı 20 – 27 sentybarda Bakıda keçirilib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR