Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanın ən məşhur “qayınanası” haqqında – 7 fakt

Azərbaycanın ən məşhur “qayınanası” haqqında – 7 fakt
Sakura

Azərbaycanın ən məşhur “qayınanası” haqqında – 7 fakt

Bu gün Azərbaycanın xalq artisti Nəsibə Zeynalovanın anım günüdür.

Kult.az Nəsibə Zeynalova ilə bağlı 7 faktı təqdim edir:

1. Nəsibə xanım 1916-cı il aprelin 20-də Bakıda Azərbaycan milli realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun ailəsində anadan olub.

2. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı var idi.

3. Nəsibə xanım 14 yaşından müxtəlif işlərdə çalışıb. Bakı Elektrik Təchizatı Şəbəkəsinin laboratoriyasında laborant, “Azərsənət” Birliyində mühasib köməkçisi, tramvay parkında tabelçi, topdansatış anbarında fəhlə işləyib.

4. N.Zeynalova orta məktəbdə rəqqasəlik edib. Yaradıcılıq fəaliyyətinə dövlət filarmoniyasında rəqqasə kimi başlasa da, bu cəhdi uğursuz olub.

5. O, aktrisa olmaq istəsə də, anası buna razılıq verməyib. Sonradan böyük əzmlə çalışaraq atasının arzusunu həyata keçirib – aktrisa olub.

6. N.Zeynalovanın həyat yoldaşı tanınmış musiqiçi Мütəllib Novruzov olub.

7. Görkəmli aktrisa “Qayınana”, “Ulduz”, “Bizim Cəbiş müəllim”, “Ögey ana”, “Böyük dayaq”, “Bəyin oğurlanması”, “Yuxu” kimi filmlərdə maraqlı, yaddaqalan rollar yaradıb.

Qeyd edək ki, Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR