Dərc edildi: Baxış sayı: 1252
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır - 16 nəfər ölüb
Son günlər Şirvan şəhərində koronavirusa yoluxanların sayında artım müşahidə olunur.
Ens.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a Şirvan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər üzrə ümumilikdə 394 nəfər virusa yoluxub:
“Virusa yoluxanlardan 294-ü sağalıb, aktiv xəstə sayı isə 84 nəfərdir. Onlardan 27-si xəstəxanada, 57-si ev şəraitində müalicə alır. Ümumilikdə 16 nəfər dünyasını dəyişib”, - deyə bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət