Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək
Sakura

Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

Zaqatala rayonunda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar vətəndaşlara pulsuz veriləcək.

Ens.az Bizim.media -a istinadən xəbər verir ki, ölkə başçısının 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icrası ilə əlaqədar Zaqatala şəhərində bir ədəd "ASAN xidmət" avtobusu vasitəsilə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların vətəndaşlara pulsuz verilməsi təmin edilir.

Bu proses 2025-ci il yanvarın 1-nə kimi davam edəcək. Belə ki, 1 yanvar 2025-ci il tarixdən sonra müraciət edən vətəndaşlar çıxarışların əldə edilməsi üçün ən azı 236 manat ödəməli olacaqlar.

Hazırda rayonun müvafiq təşkilatları, xüsusən yerli bələdiyyə və icra orqanları, sakinlərin bu fürsətdən yararlanmaları üçün maarifləndirmə işi aparırlar.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR