Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın “Bir günəş altında” sənədli filmi “Addis Ababa Asia Pacific” film festivalında nümayiş olunacaq

Azərbaycanın “Bir günəş altında” sənədli filmi “Addis Ababa Asia Pacific” film festivalında nümayiş olunacaq
Sakura

Azərbaycanın “Bir günəş altında” sənədli filmi “Addis Ababa Asia Pacific” film festivalında nümayiş…

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə sentyabrın 15-dən 23-dək keçiriləcək “Addis Ababa Asia Pacific” film festivalı çərçivəsində Azərbaycanın “Bir günəş altında” sənədli filmi nümayiş olunacaq. Filmin prodüseri Arzu Əliyevadır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda yaşayan müxtəlif mədəniyyətə, adət-ənənəyə, dilə və dini etiqada malik azsaylı xalqların və etnik qrupların həyatından bəhs edən film Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib.

Azərbaycanın Efiopiyadakı səfirliyinin məlumatına görə, səfirlik tərəfindən festivala təqdim edilən “Bir günəş altında” sənədli filmi kinofestivalın ilk günündə - sentyabrın 15-də İtaliya Mədəniyyət İnstitutunda nümayiş etdiriləcək.

Qeyd olunur ki, Azərbaycanın bir sıra bölgələrində çəkilmiş filmdə ölkəmizdə yaşayan 17 etnik qrupun 134 nümayəndəsi iştirak edib. Ekran əsəri Azərbaycan ərazisinin hər yerində etnik qrupların həyatı, mədəniyyəti və ənənələri haqqında təsəvvür formalaşmasına imkan yaradır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR