Dərc edildi: Baxış sayı: 290
Azərbaycanın bank sektorunun xalis mənfəəti 39 % artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 345,2 milyon manat xalis mənfəət əldə edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % çoxdur.
4 ay ərzində bankların əməliyyat gəlirləri 1 472 milyon manat (1 il əvvələ nisbətən 28,8 % çox), əməliyyat xərcləri 936,5 milyon manat (26,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 101,7 milyon manat (4,2 % çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 88,9 milyon manat (55,7 % çox) təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət