Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın bank sektorunda artım müşahidə edilir

Azərbaycanın bank sektorunda artım müşahidə edilir
Sakura

Azərbaycanın bank sektorunda artım müşahidə edilir

 

Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 milyon 363 min 3 yüz manat təşkil edib.

Bu barədə Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib. 

Məlumatda qeyd edilib ki, cari ilin göstəriciləri ötən ilin oktyabr ayının 1-i ilə müqayisədə 7,4% çoxdur.

Son bir ildə sektorun kredit portfeli 20,8% genişlənib, kreditlərin aktivlərdəki payı isə 35,1%-dən 39,5%-ə yüksəlib. Bank aktivlərinin 12 milyon 383 min 9 yüz manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,3% artaraq, 26 milyon 674 min 8 yüz manata, o cümlədən depozit portfeli 9,9% artaraq 20 milyon 62 min 6 yüz manata çatıb. Bunun 8 milyon 491 min 3 yüz manatı fiziki, 11 milyon 571 min 3 yüz manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 4,6%, şirkətlərin banklardakı vəsaitləri isə 14,2% artıb.

Son bir ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 60,7% azalaraq 160 milyon 800 min manata düşüb.

Sektorun balans kapitalı isə 14% artaraq 4 milyon 688 min 5 yüz manata çatıb.

Könül Cəfərli 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR