Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 2% artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 3 179 330,4 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 59 022,3 min dollar və ya 1,9% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 1% çoxalaraq 2 649 036,6 min dollar, idxalın həcmi isə 6,9% çoxalaraq 530 293,7 min dollar təşkil edib.
Cari ilin ilk üç ayında 2 118 742,9 min dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9 842,4 min dollar və ya 0,5% azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət