Son üç həftə ərzində Gürcüstanda 25 sement zavodunun faəliyyəti dayandırılıb
Son üç həftə ərzində Gürcüstanda 25 sement zavodunun faəliyyəti dayandırılıb.
Oxu.Az “Rustavi 2” telekanalına istinadla xəbər verir ki, buna səbəb kimi xammal çatışmazlığı göstərilib.
Gürcüstan Maliyyə Nazirliyi üç min ton sement klinkerinin gömrükdə sənədləşdirilməsi prosesini bir aydır ki, başa çatdıra bilmir.
Sement klinkeri Gürcüstana Azərbaycan və İrandan gətirilir. İdarədə gömrük prosedurlarının uzadılmasına səbəb kimi idxal olunan malların keyfiyyətinin yoxlanılması göstərilib. Eyni zamanda, sement zavodlarının sahibləri bildirirlər ki, xammal artıq bir aydır ki, sərhəddədir və Gəlirlər Xidməti yoxlamaq üçün nümunələr götürməyib.
Gürcüstanlı istehsalçılar süni problemlərin yaradıldığını bildirirlər. Bütün bunlar Gürcüstandakı Avstraliyanın nəhəng “Xeydelbertsement” şirkəti ilə əlaqəlidir. İstehsalçılar tərəfindən planlaşdırılan etiraz aksiyaları bir neçə dəfə təxirə salınıb, çünki Gürcüstan hökuməti problemin həll ediləcəyini vəd edib.
Gürcüstanın biznes-ombudsmanı İrakli Lekvinadze istehsalçıların iddiaları ilə qəti şəkildə razı deyil. Onun sözlərinə görə, böhranda yeganə səbəb ölkədə istehsal olunan sementin keyfiyyətinə nəzarətin sərtləşdirilməsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət