Slimfit
  1. HÜQUQ VƏ FƏLSƏFƏ

Azərbaycandan Ermənistana təzminat DAVASI: söhbət 100 milyardlardan gedir

Azərbaycandan Ermənistana təzminat DAVASI: söhbət 100 milyardlardan gedir
Sakura

Azərbaycandan Ermənistana təzminat DAVASI: söhbət 100 milyardlardan gedir

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsilə bağlı hüquqi addımalrın atılacağını bildirib:

“Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”. 

“Ermənistanın işğalçılığı 100 milyardlarla ölçülür”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, 30 illik işğalı nəticəsində Azərbaycana, onun vətəndaşlarına milyardlarla manat ziyan dəyib:
“30 il ərzində ermənilər Azərbaycanın təbii sərvətlərini talayıblar. Bunların hamısı hesablanmalıdır. Artıq ilkin hesablamalar var ki, bunlar beynəlxalq məhkəmələrdə araşdırma obyekti olacaq. Bununla yanaşı, 27 sentyabrdan bu günədək mülki əhaliyə, cəbhə bölgəsindən kənarda yerləşən ərazilərə çox ciddi ziyan dəyib. Bununla bağlı Baş prokuror Kamran Əliyevin rəhbərliyi yaradılan Komissiya tərəfindən iş gedir. Söhbət böyük məbləğdə təzminatdan gedir. Məsələyə necə, hansı məhkəmələrdə baxılacaq, bu, sonrakı mərhələdə müəyyənləşəcək. Amma söhbət  5-10 milyarddan yox, 100 milyardlardan gedir. Bu təzminatı Ermənistandan mütləq və qəti surətdə tələb edəcəyik”. 

“Komissiya öz işinə başlayıb”

Hüquqşünas Çingiz Qənizadə saytımıza deyib ki, Prezidentin qaldırdığı məsələ ilə bağlı yaradılan xüsusi Komissiya öz işinə başlayıb:

“Komissiya Ermənistan işğalı nəticəsində ayrı-ayrı fiziki şəxslərə, sahibkarlıq subyektlərinə, infrasturuktura vurulmuş ziyanın məbləğinin hesablanması ilə məşğuldur. Müharibə bitsə də, Azərbaycanın işğal olunmuş ərazilərində barbar və vandalizm hərəkətlərini həyata keçirən erməni hakimiyyətinə qarşı iddia qaldırmalı və dəqiq zərərin əvəzini tələb etməlidir. Vaxtilə İraqın Küveytə hücumu nəticəsində dəymiş zərərlə bağlı İraq təzminat ödədi. Eləcə də, İkinci Dünya Müharibəsi dövründə Almaniya bir çox dövlətlərə təzminat ödəyib. Amma İkinci Dünya Müharibəsindən sonra bu cür vandalizmlə ilk dəfə rastlaşırıq və vəhşiliyin şahidi oluruq. Odur ki, Azərbaycan dövləti haqlı olaraq, bu vandalizmin Ermənistanın işğalı nəticəsində baş verdiyini əsas götürərək, hesablamların və dəymiş zərərin qiymətləndirilməsilə məşğuldur. Gələcəkdə bu qiymətləndirmələr öz həllini tapdıqdan sonra bir çox beynəlxalq təşkilatların mütəxəssslərini, ayrı-ayrı qurumları dəvət edəcəyik ki, onlar baş verənləri gözlərilə görsünlər.

Ümid edirik ki, Ermənistanın havadarları onun arxasında dayanmaqdan əl çəkdikdən sonra gələcəkdə bu cür çəkişmələrdə onu müdafiə etməkdən kənar olacaq”. 


“Təzminatla bağlı müraciətlər həm fərdi, həm birgə ediləcək”

Hüquqşünas qeyd edib ki, dəymiş ziyanın ödənilməsilə bağlı həm birgə, həm də fərdi müraciətlər ediləcək:

“Çıraqov qardaşları və qeyrilərinin işi üzrə Avropa Məhkəməsinin qərarı var. Ermənistan dövlətinin Çıraqov qardaşları və digərlərilə birlikdə 6 nəfərə təzminat ödənilməsilə bağlı Avropa Məhkəməsinin qərarı var. Qərarda qeyd olunur ki, Ermənistanın işğalı nəticəsində bu insanlara zərər dəyib. Presedent hüququ var. Biz hesab edirik ki, bu 6 şəxslə bağlı qəbul edilmiş qərar, Azərbaycanın ayrı-ayrı vətəndaşları tərəfindən qaldırılan və qaldırılacaq iddialara görə öz həllini tapmalıdır. Eyni zamanda, Ermənistan dövlətindən vurduğu zərərə görə də təzminatın verilməsi tələbilə çıxış etmək üçün əlimizdə kifayət qədər əsaslar var və toplanmaqda da davam edəcək”. 

Erməni yenə həmin ermənidir...

Ç.Qənizadənin sözlərinə Ermənistan tərəfi o qədər alçaq, mənfur, ikiüzlü dövlətdir ki, bu məsələdə də vəziyyətdən də sui-istifadə etməyə, ayrı-ayrı qapılarda ağlamağa çalışacaq:

“Azərbaycan öz ərazisində niyə hansısa təxribatı həyata keçirsin? Azərbaycan işğala məruz qalıb və 30 ildir ki, bizim nəzarətimizdə olmayan vandalizmi görürük. Bunu beynəlxalq ictimaiyyət, ora dəvət olunan beynəlxalq təşkilatların nümayəndələri görəcək. Zərərin dəyməsilə bağlı dəqiq vaxtın müəyyən olunması ekspertiza ilə müəyyənləşəcək. Təbii ki, onlar müəyyən həyasızlıq edəcəklər, amma beynəlxalq məhkəmələrin qəbul etdiyi qərarlar məcburidir və dövlətlər tərəfindən icra olunur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR