Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycandan Avropaya uzanan yeni dəmir yolu xətti açıla bilər

Azərbaycandan Avropaya uzanan yeni dəmir yolu xətti açıla bilər
Sakura

Belarus, Rusiya və Azərbaycan dəmiryol xətti üzərində birgə iş aparır

Minsk-Bakı marşrutu üzrə konteyner qatarının buraxılması ilə bağlı layihə üzərində Belarus Dəmir Yolları (BDY) Rusiya Dəmir Yolları (RDY) və "Azərbaycan Dəmir Yolları" (ADY) ASC ilə "Şimal-Cənub" dəhlizinin inkişafı çərçivəsində birgə iş aparır.

 

Bu barədə Sputnik Azərbaycan-a BDY-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Belarus Dəmir Yolları üçün əsas strateji istiqamətlərdən biri milli məhsulların ixrac-idxal daşımalarının inkişafıdır. Bu layihənin 2019-cu ildə reallaşdırılması planlaşdırılır.

Konteyner qatarının hərəkəti qısamüddətli (7 gün) olacaq və həm Belarusda, həm də Azərbaycanda istehsal edilən yüklər rəqabətli tariflərlə daşınacaq. Minsk-Bakı dəmiryol marşrutunun uzunluğu 3 min kilometrdir. Gələcəkdə isə nəinki İran, eləcə də Türkiyə istiqamətində yüklər daşınacaq.

Yük ötürücüləri yüklərin informasiya müşayiəti ilə təmin olunacaq. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə bağlamaq üçün nəzərdə tutulub. Eyni zamanda bu xətt Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirəcək.

Birinci mərhələdə dəhliz vasitəsilə 5 milyon tonadək yük daşınacaq. Proqnozlara görə, növbəti mərhələdə yükdaşımaların həcmi 10-15 milyon ton artacaq.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi digər marşrutlarla müqayisədə məsafənin qısalığına və yüklərin daşınma müddətinə görə 2-3 dəfə sərfəlidir. Əgər yükləri dəniz yolu ilə Fars körfəzi-Süveyş kanalı-Aralıq dənizi-Baltik dənizi marşrutu üzrə Helsinkiyə 45-60 günə çatdırmaq mümkündürsə, "Şimal-Cənub" dəhlizi vasitəsilə 20-25 günə çatdırmaq mümkündür.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR