Dərc edildi: Baxış sayı: 993
Azərbaycanda zəlzələ oldu
Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.
"Ens.az" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən xəbər verir ki, 04.05.2020-ci il tarixində yerli vaxtla saat 00:03-də Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində zəlzələ qeydə alınmışdır.Zəlzələ episentrdə 3 bala qədər hiss olunmuşdur,yeraltı təkanlar bir neçə saniyə davam edib.
"Ens.az"ın Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar Gəncə şəhəri, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında, habelə Zaqatala və Qaxda da hiss olunub.
Dağıntı və tələfat haqda məlumat yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət