Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda yeni qanun layihəsi hazırlanır

Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Sakura

Azərbaycanda yeni qanun layihəsi hazırlanır

“Peşə birlikləri haqqında” yeni qanun layihəsi hazırlanıb.

Oxu.Az-ın xəbərinə görə, qanun layihəsini millət vəkili Azay Quliyevhazırlayıb və onu parlamentə təqdim edib.

Qəbul olunduğu təqdirdə, qanun peşə birliklərinin statusunu, yaradılması və fəaliyyəti qaydasını müəyyən edəcək, müvafiq sahələr üzrə peşələrin inkişafını, peşə sahiblərinin qanuni maraqlarının qorunmasını təmin edəcək, peşə birliyi, onun üzvləri və üzvlərin mallarının istehlakçıları arasında yaranan münasibətləri tənzimləyəcək.

Sənəddə deyilir ki, peşə birliklərində sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərinin üzvlüyü könüllüdür, həmçinin, müxtəlif növ sahibkarlıq fəaliyyəti və ya peşə fəaliyyətini həyata keçirən subyekt bir neçə peşə birliyinin üzvü ola bilərlər. 

Bununla yanaşı qeyd edilir ki, peşə birliyinin yaradılmasının ümumi prinsipləri Mülki Məcəllə ilə müəyyən olunur. 

“Birlik dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusunu əldə edir.

Peşə birliyi tərəfindən onun dövlət reyestrindən çıxarılması haqqında ərizənin verilməsi, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında birlik ləğv oluna bilər.

Peşə birliyinin idarəetmə orqanları onun üzvlərinin ümumi yığıncağı və idarə heyəti hesab olunur.

Birlik öz fəaliyyəti ilə bağlı məlumatların kütləvi informasiya vasitələrində dərc olunmasını təmin edir”, - deyə qanun layihəsində qeyd olunur.

Layihədə eyni zamanda, peşə birliklərinin funksiyaları, hüquq və vəzifələri, onların üzvlərinin və vəzifəli şəxslərinin məsuliyyəti, intizam tənbeh tədbirlərinin tətbiqi, əmlakın formalaşma mənbələri ilə bağlı məsələlər yer alır.

Qanun layihəsinin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR