Dərc edildi: Baxış sayı: 490
Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək
Azərbaycanda bu ildən başlayaraq quraşdırılan, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.
“Report” xəbər verir ki, bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənəddə deyilir ki, ötən ilin sonuna qədər quraşdırılmış, müəyyən edilmiş meyarlara cavab verməyən və əvvəllər istifadədə olan analoqlarını əvəzləməyən nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəliklərindən çıxılmayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət