Dərc edildi: Baxış sayı: 1442
Azərbaycanda yanacağın qiyməti bahalaşdı
Azərbaycanda maye qazın qiyməti bahalaşıb.
BAKU.WS-in məlumatına görə, LPG (Maye qaz) qazın qiyməti dünəndən etibarən artıb.
Yanacaq doldurma məntəqələrində LPG qazın bir litrinin qiyməti 40 qəpikdən 45 qəpiyə qaldırılıb. Bəzi YDM-lərdə ümumiyyətlə maye qazın satışı dayandırılıb. Bunu qiymətin dəyişdirilməsi ilə əlaqələndirirlər.
CNG (Sıxılmış təbii qaz) qazın qiymətində isə artım edilməyib. Bu növ qazın qiyməti də 45 qəpikdir.
Qeyd edək ki, bir müddətdir ki, qazla işləyən avtomobillərin sayında ciddi artım müşahidə edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət