Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda xəstəxananın sabiq direktorları barəsində cinayət işi başlandı

Azərbaycanda xəstəxananın sabiq direktorları barəsində cinayət işi başlandı
Sakura

Azərbaycanda xəstəxananın sabiq direktorları barəsində cinayət işi başlandı

Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş direktorları Səidə Şahpələngova və Ələkbər Əkbərov, hazırkı şöbə müdiri Asif Həsənov barəsində cinayət işi başlanıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İş üzrə təqsirləndirilən şəxslər arasında xəstəxananın digər əməkdaşları Rəfail Quliyev və Mirqalim İbrahimov da var.

Onların hər biri Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərin yaşları nəzərə alınaraq istintaq dövrü müddəti üçün barələrində həbsə alternativ qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Səidə Şahpələngova bir neçə il əvvəl də vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt iş üzrə dəymiş ziyan tam ödənildiyinə görə ona həbs cəzası verilməyib. O, bir müddət sonra vəzifəsindən azad edilib. S.Şahpələngovadan əvvəl isə xəstəxananın direktoru Ələkbər Əkbərov olub.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR