Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda xarici şirkətlərin sayı artır

Azərbaycanda xarici şirkətlərin sayı artır
Sakura

Azərbaycanda xarici şirkətlərin sayı artır

Bu ilin oktyabr ayında Azərbaycanda xarici hüquqi şəxslərin 121 filial və ya nümayəndəliyi, 788 tam xarici investisiyalı müəssisə və xarici investisiyanın iştirakı ilə 190-dan artıq hüquqi şəxs qeydiyyata alınıb. 

Oxu.Az xəbər verir ki, cari ilin ilk 10 ayı ərzində qeydiyyata alınmış tam xarici investisiyalı hüquqi şəxslərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 58 faizdən çox artıb.

Ümumilikdə respublikamızda xarici investisiyalı hüquqi şəxslərin sayı 9 934-dür. Onlardan 2 511-i xarici hüquqi şəxsin filial və nümayəndəliyi, 2 347-si birgə mülkiyyətli hüquqi şəxs, 5 076-sı isə tam xarici investisiyalı hüquqi şəxsdir.

Vergilər Nazirliyinin məlumatına görə, 2018-ci ilin oktyabr ayı ərzində Azərbaycanda 9 235 (1 147-si hüquqi şəxs, 8 088-i fiziki şəxs olmaqla) vergi ödəyicisi qeydiyyata alınıb və bu, 2017-ci ilin müvafiq dövrünə nisbətən 13,8 faiz çoxdur.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR