Dərc edildi: Baxış sayı: 294
Azərbaycanda vəzifəli şəxsin altı min manatlıq qızılı oğurlandı
Azərbaycan Texnologiya Universitetinin prorektor köməkçisi vəzifəsində çalışan Nübar Hacıyevanın qızıl-zinət əşyaları oğurlanıb.
Ens.az Publika.az-a istinadən xəbər verir ki, Göygöl rayonunun Qırıxlı kəndində yaşayan N.Hacıyevanın evindən altı min manat dəyərində qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxıb. Hadisə barədə polisə müraciət edilib və faktla bağlı cinayət işi açılıb.
Araşdırmalarla oğurluq əməlinin evdə ayda bir dəfə təmizlik işləri görən 1966-cı il təvəllüdlü Sevda Məmmədova tərəfindən törədilməsi müəyyən edilib.
O, oğurladığı əşyaların iki min manatlıq hissəsini geri qaytarıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət