Dərc edildi: Baxış sayı: 1607
Azərbaycanda verilən 10 axmaq sual
İnsanın ağlını onun verdiyi cavablar yox, suallar göstərir. Verdiyimiz cavablar çox vaxt bizim özümüz deyilik, haradansa eşidib, görüb, oxuyub öyrəndiklərimizdir. Bir azərbaycanlının verdiyi cavabda Polat Alemdarın sitatlarından tutmuş, feysbukda oxuduğu statuslara, hətta kommentlərə qədər çox şeyin izləri var. Ona görə də, verdiyimiz cavablar çox vaxt bizim əsl ağlımızı deyil, onun üstündəki makiyajı, ənliyi-kirşanı da göstərə bilər.
Sual isə başqa məsələdir. Sual – çılpaq həqiqətdir, insanın real səviyyəsini, təfəkkürünün gerçək halını ortaya qoyur. Sual – insan beynini məşğul edən mövzuların ən düzgün indikatorudur. Eşitdiyimiz cavablar bizi aldada bilərlər, amma suallar həmişə həqiqəti deyir. Ona görə də, bir insanı, hətta bir xalqı yaxşı tanımaq istəyirsinizsə, verdiyi suallara diqqət edin.
Bu məqsədlə mən Azərbaycanda ən çox verilən axmaq sualların onluğunu hazırlamaq qərarına gəldim. Əminəm ki, bu sualları siz də tez-tez eşidirsiniz. Sadəcə, maraqlıdır: bu sualları doğuran təfəkkür hansı düşüncənin atmosferində yaşayır? Bəlkə o atmosferin tərkibini dəyişmək lazımdır?
1. Bişey-mişey çıxır?
İşləyən, xüsusilə də işə yeni düzəlmiş şəxslərə ən çox verilən sualdır. Dəhşətlisi odur ki, bizdə işə yanaşmanın əsas meyarı məhz budur: Bişey-mişey. Heç kim hətta ucundan da olsa, maraqlanmır ki, çalışdığın iş səni nə dərəcədə məmnun edir? Özünü reallaşdıra bilirsənmi? Gələcək inkişaf perspektivlərin varmı? Bunlar əslində iş seçərkən ən vacib kriteriyalar olmalıdırlar. Çünki iş – insan üçün ən azı ailə qədər vacibdir, gələcəyin, həyatın bu seçimdən asılıdır. Amma Azərbaycanda bunların heç biri hesabda deyil, maraqlı olan yalnız budur: Bişey-mişey çıxır?
2. Nə vaxt tərpənirsən?
Bu sual açıq şəkildə göstərir ki, bizdə ailə qurmağa nə qədər formal yanaşma var! Münasibət, özünə tay insanla rastlaşmaq, şəxsiyyətlərin uyğunluğu, sevib-sevilmək – bunlar son dərəcə vacib olsa da, toplumun gözündə heç biri əhəmiyyət daşımır, əsas meyar isə yaşdır: Əgər müəyyən yaşa yetişdinsə, demək, qrafikdə vaxtı çatan avtobuslar kimi, tərpənmək lazımdır. Sanki ailə qurmaq soyuq havada maşının mühərrikini isitmək kimi bir şeydir – qızdısa, tərpən. Yanaşma bu olduğu üçün, boşanmaların getdikcə artmasında da əslində təəccüblü heç nə yoxdur.
3. Axırı necə olacaq?
Açıq deyək: Hər şeyin axırı həmişə pis olur. İnsanlar ayrılır, qocalır, ölür, hisslər soyuyur, ehtiraslar azalır, vəzifələr itirilir, bizneslər iflas edir... Hətta Günəş belə, nə vaxtsa sönəcəksə, insan nəyinsə axırının yaxşı olacağına necə ümid edə bilər? Entropia prinsipi bizə deyir ki, təbiətdəki bütün sabitliklər zamanla xaosa çevrilməyə meyillidirlər. Kainatda axırı yaxşı olan heç nə yoxdur. Ona görə də, axırın nə olacağını düşünmək yox, prosesin özündən zövq almaq lazımdır! “Həyat” dediyimiz prosesin özüdür, onu doyumlu yaşamaq gərəkdir.
4. Alassan?
Bu sualı iki zümrə verir: Satıcılar alıcılara və qızın qohumları oğlanlara. Hər iki halda da yersiz və anormal sualdır. Birinci halda nəyisə yoxlamadan, test etmədən, axtardığın malın məhz bu olduğuna qərar vermədən sualı cavablandırmaq sadəcə, mümkün deyil. Satıcıların “Alacaqsansa, açım, bax” təklifi isə mənəvi təcavüzdür. Şəxsən mən həmişə həmin təklifdən sonra alış-veriş prosesini dayandırıb, mağazanı tərk edirəm. Çünki edəcək başqa hərəkət, deyəcək başqa söz qalmır.
Qızla bağlı olaraq oğlanlara verilən anoloji suala gəlincə, 21-ci əsrdə biz hələ də başa düşməmişik ki, qadın əşya deyil, onu almırlar, ailə - qarşılıqlı istək əsasında qurulan bərabərtərəfli ittifaq olmalıdır. “Alacaqsan?” sualı ilə qarşılıqlı istəyə əsaslanan bərabərtərəfli yaşam modeli qurula bilməz.
5. Heç yoxdur?
Elə vəziyyətlər var ki, orada keçid halları olmur, məsələ ya o yanlıqdır, ya da bu yanlıq. “Hamiləsən?” sualına “Bir az” cavabını vermək olmaz. Çünki söhbət qızdırmadan getmir; qadın ya hamilədir, ya da deyil, "bir az hamilə" olmaq halı isə yoxdur.
Əslində “Yoxdur” cavabı da bu qəbildən olmalıdır, çünki nəsə yoxdursa, deməli, onun mövcud olmaq ehtimalı sıfıra bərabərdir. Amma bizim xalqımız “yoxdur” və “heç yoxdur” kəlmələrinin ayrı-ayrı vəziyyətləri ifadə etdiyini düşünür. Məsələn:
- Çörək var?
- Yoxdur.
- Heç yoxdur?
Bu sual milli şüurun bəzi incəliklərini elə gözəl aça bilər ki, onun haqqında hətta “Yoxun əlli çaları” adlı kitab da yazmaq olardı. Yoxun üzü qara olsun!
6. Niyə neftin pulunu camaata paylamırlar?
Klassik demoqogiya nümunəsi olan bu sualı eşitməkdən artıq qulağımızda tük bitib, amma bir qrup insan hələ də onu səsləndirməkdən yorulmur. Halbuki, hər şey çox sadədir: Neftin gəlirləri elə pul şəklindəcə insanlara paylansa, bir tərəfdən dövlətin valyuta ehtiyatları formalaşa bilməz, digər tərəfdən isə, əhalinin əlindəki nağd pul kütləsi artar. Nəticədə elə infliyasiya başlayar ki, tut ucundan, göyə çıx! Hər bir dövlətin dövriyyədə olan pul kütləsinin həcmi onun iqtisadiyyatının real həcmi ilə müəyyən edilir. Əgər dövriyyədə olan pulun arxasında yaradılan real dəyər dayanmırsa, o pul sadəcə, kağız parçasıdır. Belə olmasını isə heç kim istəmir. Ona görə də, neftin gəlirlərini pul şəklində camaata paylamaq ən ağılsız iş olardı. Düzgün yol həmin vəsaiti iqtisadi və sosial layihələrə yatırtmaqdır.
7. Axır yeri neçəyədir?
Azərbaycanlının nəzərində standart satış modeli belədir: malın 3 qiyməti olur - Dediyin qiymət, güzəştə gedə biləcəyin qiymət və lap axırıncı, “ölən” qiymət. Di gəl ki, alan tərəf də azərbaycanlı olduğu üçün (ərəblərə nəsə satmaq xoşbəxtliyi heç də hər kəsə qismət olmur), satanın belə düşündüyünü bilir. Ona görə də, özünü arif və işbilən adam göstərmək üçün atla gediş edir: “Qaqa, bunun axır qiymətini de!” Yəni ki, “Mən səni tanıyıram, özüm də bu söhbətlərin biləniyəm, mənə gəlmə!” Çox vaxt effekt vermir, çünki axırın da axırı var, axırın axırının da bir qurtaran yeri var və bu silsilə hələ xeyli uzana bilər.
8. Bunun saxlayanı kimdir?
Etiraf edək ki, təkcə axmaq yox, həm də iyrənc sualdır. Onu az-çox uğurlu qadınların haqqında həm kişilər, həm də başqa qadınlar səsləndirirlər. Lap tutaq ki, bir qadın həqiqətən də qazana biləcəyindən daha zəngin həyat sürür, bahalı maşında gəzir, dəbdəbəli evdə yaşayır. Bütün bunların ancaq 2 nəfərə dəxli var: həmin qadının özünə və onu bu imkanla təmin edən adama. Üçüncü artıqdır.
9. Şəkildəki özünüzsünüz?
Əgər bu sualı kiməsə verirsənsə, demək onu tanımırsan. Əgər şəxsən tanımadığın həmin adamla real həyatda görüşməlisənsə, onda dəqiqləşdirmək olar ki, profil şəklindəki özüdürmü? Bu, normaldır. Anormal odur ki, bir Tükəz Banova profilinə Selena Gomezin şəklini qoyur, altında 192 nəfər komment yazır: “Şəkildəki özünüzsünüzmü?” Daha 200 belə sual isə inboksa gedir. Çünki ağır oğlanlarımız da az deyil, başa düşürlər ki, qızla hər söhbəti camaatın gözünün qarşısında eləmək olmaz!
10. “Podruqası” var?
Etiraf edək ki, sual təkcə bizə aid deyil, başqa xalqlarda da tanışlığın bu asan, amma sarsaq yoluna çox üz tutulur. Ona görə də, bu, təkcə Azərbaycanda yox, dünya miqyasında ən axmaq suallardan biridir. Lap tutaq ki, var, nə olsun? Bəlkə onun “podruqası” səni görən kimi telefonunu çıxardıb, feysbukda “Təkamül nəzəriyyəsinə yalan deyən qələt eləyir!” statusunu yazacaq? Ya bəlkə əksinə, sən onun “podruqa”sını görəndə, hansısa tanışına “Təcili mənə zəng vurub çağır” mesajını göndərəcəksən? Bu yolla münasibət qurulmaz axı...
Vüsal Məmmədov

Mənbə: AzVision.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət