Azərbaycanda valideynlər evdə övladlarına hansı məşğuliyyətləri öyrədirlər?
Azərbaycanda valideynlərin 18 yaşına çatmayan qız və oğlan övladlarına evdə hansı məşğuliyyəti öyrətdiyi açıqlanıb.
“Report” xəbər verir ki, bu, “UNFPA/AQUPDK (2018) Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”da qeyd edilib.
Hesabatda qeyd olunub ki, kişi respondentlərin çoxu ataları kimi uşaq ikən ev üçün alış-verişin edilməsində iştirak etdiyini bildirib. Kişilərdən fərqli olaraq qadın iştirakçıların yalnız 15.1 faizi bu cür işlə məşğul olması barədə məlumat verib.
Təxminən eyni sayda kişi və qadın ev tapşırıqlarının yerinə yetirilməsində digər uşaqlara kömək etdiklərini diqqətə çatdırıblar.
Qadın respondentlərlə müqayisədə kişi respondentlərin bütün digər ev işlərində iştirak səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olduğu halda, qadın respondentlərin böyük bir hissəsi bu cür işlərin hər birində iştirak etdiyini bildirib. Kişi respondentlər uşaq ikən ənənəvi olaraq qadına aid edilən ev işlərində, məsələn, paltar yuma və hamam-tualet təmizləmə ilə çox az məşğul olduqlarından sorğunun kişi iştirakçıları və onların ataları arasında müəyyən paralellər gətirmək mümkün olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət