Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda universitetlərin, orta ixtisas təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün dövlət rüsumu müəyyənləşib

Azərbaycanda universitetlərin, orta ixtisas təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün dövlət rüsumu müəyyənləşib
Sakura

Azərbaycanda universitetlərin, orta ixtisas təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün…

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün dövlət rüsumu müəyyənləşib.

Report” xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Qanuna yeni – 32-1-ci (Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinin, ümumi təhsil müəssisələrinin, məktəbdənkənar təhsil müəssisələrinin, peşə təhsili müəssisələrinin, orta ixtisas təhsili müəssisələrinin, ali təhsil müəssisələrinin, əlavə təhsil müəssisələrinin və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin akkreditasiyadan keçirilməsi üçün 20 manat dövlət rüsumu tutulacaq.

Qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinin 0.5.2-ci (ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) - 10 000 manat) bəndində dəqiqləşdirmə aparılıb. Belə ki, bu rüsum dövlət ümumi təhsil müəssisələrinə aid edilməyəcək.

Dəyişiklik layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR