Azərbaycanda trans yağların normativ həddi aşağı salına bilər
"Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Çünki hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8% təşkil edir. Bu rəqəm 2% olmalıdır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, AQTA Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq Azərbaycanda da trans yağların yuxarı həddinin 2% edilməsini istəyir: "Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır".
Q.Təhməzli bildirib ki, energetik içkilərdə olduğu kimi trans yağlarla müvafiq normativ hüquqi sənədlər işlənilir: "Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə veriləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət