Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda toxumluq əkinlərin qeydiyyatına başlanılıb

Azərbaycanda toxumluq əkinlərin qeydiyyatına başlanılıb
Sakura

Azərbaycanda toxumluq əkinlərin qeydiyyatına başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən 2019-cu ilin məhsulu üçün əkilən dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatına başlanılıb. Əsas məqsəd toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi, aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün tövsiyələrin verilməsi, həmçinin aprobasiya aparılacaq sahələrin əvvəlcədən müəyyənləşdirilməsidir. Rayonlarda toxumluq əkin sahələrinin qeydiyyatı Regional Toxum Sertifikatlaşdırma mərkəzlərinin (RTSM) müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, toxumçuluq təsərrüfatları toxumluq əkinlərin qeydiyyata alınması üçün RTSM-lərin rayonlar üzrə baş aqronomlarına 1 nömrəli bəyannamə ilə müraciət etməlidirlər. Bəyannaməyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir:

1. Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin (arayış) surəti.

2. Əkinlərin səpin aktı.

3. Toxumluq əkin üçün istifadə edilən toxumun haradan alınmasını təsdiqləyən sənədlərin surəti (alınan toxumun alqı-satqı müqaviləsi, qaimə-fakturası, əkilən toxumun istehsal olunduğu ildəki aprobasiya aktı və toxumun səpin keyfiyyətini təsdiq edən sertifikat).

4. Toxumluq əkinlərin aparıldığı torpaq sahələrinin təsərrüfat rəhbərinin mülkiyyətində, icarəsində və ya istifadəsində olmasını təsdiq edən sənədlərin surəti (çıxarış, dövlət aktı, torpağın icarə müqaviləsi və s.).

5. Rayon (şəhər) icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə nümayəndələri tərəfindən verilmiş əkinlərin mövcudluğunu təsdiq edən arayış.

Regional Toxum Sertifikatlaşdırma mərkəzlərinin rayonlar üzrə baş aqronomları tərəfindən qəbul edilmiş sənədlər yanvarın 8-dən 30-dək Dövlət Xidmətinə təqdim olunmalıdır.

Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinglik əkin sahələrinin uçotunun dəqiq və müəyyən olunan müddətdə aparılması məqsədilə yeni qeydiyyat kitabçaları hazırlanıb və möhürlənərək RTSM-lərin müvafiq rayonlar üzrə baş aqronomlarına verilib. Həmçinin toxumluq əkinlərin qeydiyyatının elektron qaydada aparılması istiqamətində işlərə başlanılıb və yaxın zamanlarda yekunlaşacaq. Bu da toxum və tinglərin sertifikatlaşması prosesinin dəqiq və şəffaf icra olunmasına zəmin yaradacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR