Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb

Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb
Sakura

Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb

Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.

"Report"un xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov keçirdiyi brifinqdə deyib ki, Zığ, Masazır Zəli gölü, "At yalı" qəsəbəsindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur. 

Onun sözlərinə görə, Şamaxı və İsmayıllı rayonlarındakı sürüşmə sahələrində də aktivlik var: "Şamaxının Muğanlı kəndində, İsmayıllı yolunda və Bakı-Şamaxı-Yevlax yolunun 132-ci kilometrliyində gərginlik mövcuddur, müəyyən yerlərdə uçqun tipli sürüşmələr var. Bundan əlavə, İsmayıllı rayonunun Lahıc inzibati ərazi vahidliyinə daxil olan Qoydan kəndində iki ay öncə sürüşmə olub, hazırda aktiv fazadadır, sürüşmə kütləsi yaşayış evlərinin divarlarına çatıb. Lerikdə, Yardımlıda, Lerik yolunun bir neçə kilometrliyində uçqun tipli çökmə-sürüşmə hadisəsi baş verib".

Qeyd edək ki, hazırda Badamdar və Bayıl qəsəbələrində də sürüşmə prosesi baş verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR