Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda sonsuzluq niyə artır?

Azərbaycanda sonsuzluq niyə artır?
Sakura

Azərbaycanda sonsuzluq niyə artır?

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət edənlər arasında daxili və xarici cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, uşaqlığın və yumurtalıqların xoşxassəli törəmələri, yumurtalıqların funksional kistaları, qanaxma problemi xəstəliyindən əziyyət çəkənlərin sayında daha çox artım müşahidə olunur.

Bunu APA TV-yə müsahibəsində institutun elmi katibi vəzifəsinin müvəqqəti icraçısı, həkim mama-ginekoloq Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, cavanlaşan xəstəliklər sırasında ilk uşaqlığın və yumurtalığın xoşxassəli şişəbənzər törəmələrini aid etmək olar: “Əvvəllər biz uşaqlığın mioması dedikdə 40-45 yaşlı qadınlar yada düşürdüsə, indi yeniyetmə, hətta ailə qurmayan qızlarda belə, bu patologiya mövcuddur. Uşaqlıq qanaxmaları yeniyetmələr arasında kifayət qədər geniş yayılmış bir patologiyadır. Bunun da əsas səbəbi stress faktorları, qidalanma pozğunluğu və ən əsası, bu gün bəzi qızların kosmetik görünüşlərinə görə saxladıqları pəhrizdir ki, bu da onların reproduktiv sağlamlığına təsir göstərmiş olur”.

“Hər bir xəstəliyin özünün risk faktorları var”, – deyən mütəxəssis qeyd edib ki, ginekoloji xəstəliklərin böyük əksəriyyəti infeksiyalardan qaynaqlanır: “Azərbaycanda erkən nikahlar geniş yayılıb. Gənc qızların əksəriyyətinin orqanizminin hələ bir sıra infeksion faktorlara qarşı immuniteti olmadığından, cinsi yolla yoluxan infeksiyalara yoluxma ehtimalı daha yüksək olur. Bu isə digər yoluxucu xəstəliklərə yol açır”.

Xəstələr arasında qadın sonsuzluğundan əziyyət çəkənlərin sayına gəlincə, Leyla Məmmədova bununla bağlı dəqiq statistikanın olmadığını deyir: “Azərbaycanda elə ailə var ki, sonsuzluq problemi olsa belə, həkimə müraciət etmir. Onlar heç bir statistikaya düşmürlər. Elə ailə var ki, bu problemlə bağlı müxtəlif klinikaları gəzir və bu diaqnoz qoyulur. Rəsmi nikahı olmayan, lakin dini nikah üzərində qurulan ailələr var ki, onlar da bu problemi yaşayır, amma qeydiyyat yoxdur deyə statistikadan kənarda qalır. Ona görə də bu gün rəsmi statistikanı demək çətindir. Bir onu deyə bilərəm ki, son 10 ildə klinikalara sonsuzluqla bağlı edilən müraciətlər kifayət qədər çoxdur, artım və azalmanı isə demək çətindir”.

Mütəxəssis ana və uşaq ölümünün yaranmasına gətirib çıxaran səbəblərdən də söz açıb: “Azərbaycanda son illərdə 2008-ci illə müqayisəni götürsək, ana ölümünün göstəricisinin üç dəfə azaldılmasına nail olunub. Əgər son illəri götürsək, məsələn, 2015-ci ilə hər yüz min diridoğulana 14,6, 2016-cı ildə ilk dəfə olaraq 13,8 faiz təşkil edir. Bu, özbaşına olan proses deyildi”.

Leyla Məmmədova qeyd edib ki, dünyaya sağlam körpə gətirmək üçün ailə cütlüyü hamiləlikdən əvvəl həkimə müraciət etməlidir: “Qan qrupu və rezus-faktor müəyyən olunmalı, həkimin hamiləlik öncəsi məsləhətlərini almalıdırlar. Qadın hamiləliyin əvvəlindən doğuşa qədər həkim nəzarətində olmalı, sağlamlığında hər hansı narahatlıq hiss etdikdə, dərhal etibar etdiyi həkiminə müraciət etməlidir”.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR