Dərc edildi: Baxış sayı: 582
Azərbaycanda son 15 ildə doğumların sayı 45 faiz artıb
"Əhalinin rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq son 15 ildə nikahların sayı xeyli çoxalmış, qeydə alınmış doğumların sayı isə 45 faiz artıb".
Bunu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.
Onun sözlərinə görə, doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı təşkil olunmuş, qeydiyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik olan elektron xidmətlər istifadəyə verilib.
Mənbə: Faktxeber.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət